Azərbaycan, Bakı, 21 fevral /Trend/
Fevralın 23-də Fransanın Nitsa şəhərində 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qurumun baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts tədbirdə iştirak edəcəklər.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.