...

Malayziyada keçirilən çoxgünlük "Langkawi"-də 5-ci mərhələyə yekun vurulub (FOTO)

İdman Materials 3 Mart 2014 13:58 (UTC +04:00)
Malayziyada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük “Langkawi” turu davam edir. Bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 139.5 km məsafə qət ediblər.
Malayziyada keçirilən çoxgünlük "Langkawi"-də 5-ci mərhələyə yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Malayziyada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük "Langkawi" turu davam edir. Bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 139.5 km məsafə qət ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yürüşdə iştirak edən "Synergy Baku" komandasının üzvlərindən ən yaxşı göstərici almaniyalı Daniel Klemmeyə məxsusdur - o mərhələ qalibindən 1 dəqiqə, 15 saniyə geri qalmaqla 10-cu nəticə göstərib - 3 saat 4 dəqiqə, 43 saniyə.

Azərbaycanın U-23 komandasının üzvü Tural İsgəndərov, avstraliyalı Patrik Leyn və irlandiyalı Metyu Bremmierin də göstəricisi eyni olub, amma onlar fotofinişə əsasən nisbətən aşağı yerdə qərarlaşıblar.

5 mərhələdən sonra Metyu Bremmier dağ mərhələsində əldə etdiyi üstünlüyə görə "qırmızı mayka"nı özündə saxlayır. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 199.9 km məsafəni qət etməlidirlər.

Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti