...

Azərbaycanın velosiped komandası Tayvan turunda 3-cü yerdədir (FOTO)

İdman Materials 11 Mart 2014 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı "Tayvan turu"nda çıxışlarını davam etdirirlər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 5 günlük yürüşün bu gün keçirilən 3-cü mərhələsində iştirakçılar 143 km məsafə qət ediblər.

Komanda üzvlərimizdən ən yüksək nəticəni alman Kristof Şvayzer göstərib - o, finiş xəttini 3 saat, 15 dəqiqə, 14 saniyəyə keçib və fotofinişə əsasən 2-ci olub. Avstriyalı Markus Eybeger 6 saniyə geri qalmaqla 15-ci, Azərbaycanın Elit yığma komandasının üzvü Aqşin İsmayılov 21 saniyə uduzmaqla 46-cı nəticə göstərib.

Ümumi sıralanmada M.Eybeger liderə 11 saniyə uduzmaqla 5-ci yerdədir. Komanda hesabında isə "Synergy Baku" yürüşün 20 iştirakçısı arasında 3-cü mövqedə qərarlaşır.

Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 161 km məsafə qət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti