Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Əhmədova/
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi Oyunları üzrə 1-ci Əlaqələndirmə Komissiyasının iclası və Gənclər və İdman nazirlərinin 2-ci konfransı keçiriləcək.
Trend-in Azərbaycanın Milli Olimpiya Komitəsinə (MOK) istinadən verdiyi məlumata görə, martın 17-də nazirlərin konfransı zamanı 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı hesabatın təqdimatı planlaşdırılır.
Martın 16-da 1-ci Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-in İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digərləri iştirak edəcəklər.