...

"Bakı" oyunun taleyini ilk hissədə həll etdi

İdman Materials 29 Mart 2014 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Trend-in məlumatına görə, günün ilk oyununda "Bakı" "Simurq"u sınağa çəkib. Artıq 13-cü dəqiqədə Namiq Ələsgərov bakılıları sevindirib - 1:0. 22-ci dəqiqədə isə "Simurq"un futbolçusu İdan Vaytsman qapıları səhv salıb - avtoqol.

81-ci dəqiqədə Draqan Çeran hesab arasındakı fərqi azaldıb - 2:1. Oyun elə bu hesabla da başa çatıb.

Turun digər qarşılaşması da Bakıda keçiriləcək. "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək.

Qeyd edək ki, turun sabah keçirilən iki oyunla yekun vurulacaq.

Xatırladaq ki, dünən keçirilən "Sumqayıt" - AZAL matçında sumqayıtlılar 2:1 hesabı ilə qələbə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti