...

UEFA "Mançester Siti"ni maliyyə "feyr pley"i qaydalarını pozduğuna görə ciddi cəzalandıracaq

İdman Materials 15 Aprel 2014 14:16 (UTC +04:00)
İngiltərə Premyer Liqasının aparıcı klublarından biri olan "Mançester Siti" UEFA tərəfindən maliyyə “feyr pley”i qaydalarını pozduğuna görə ciddi şəkildə cəzalandırılacaq.
UEFA "Mançester Siti"ni maliyyə "feyr pley"i qaydalarını pozduğuna görə ciddi cəzalandıracaq

Azərbaycan, Bakı, 15 aprel /Trend/

İngiltərə Premyer Liqasının aparıcı klublarından biri olan "Mançester Siti" UEFA tərəfindən maliyyə "feyr pley"i qaydalarını pozduğuna görə ciddi şəkildə cəzalandırılacaq. Lakin onun Çempionlar Liqasından çıxarılacağı ehtimal olunmur. Trend-in məlumatına görə, xəbəri İngiltərənin "Teleqraf" qəzeti yayıb.

Əvvəlki kimi UEFA-nın müəyyən etdiyi maliyyə qaydalarına uyğun gəlmədiyinə görə şübhə altında olan təxminən 20 klub arasında "Mançester Siti" və "Pari Sen-Jermen" də var.

2011/12 və 2012/13-cü illər mövsümündə bahalı transferlərə xəsislik etməyən şeyx Mənsurun sahibi olduğu "şəhərlilərin" ziyanı 149 milyon funt olub.

UEFA-nı inandırmaq üçün "Siti"nin çərşənbə gününə qədər vaxtı var. Əks təqdirdə sanksiyalar qaçılmazdır. Ehtimal ki, ya ciddi cərimə olacaq, ya da futbolçuların transferinə qadağa qoyulacaq.

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın Maliyyə nəzarəti komitəsinin ikigünlük iclası keçiriləcək. İclasda qaydaları pozan klublar barəsində qurumun gələcək fəaliyyəti müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti