...

Azərbaycan yığmasının gənc gimnastları "Barbarisso" uşaq studiyasına baş çəkiblər (FOTO)

İdman Materials 28 Aprel 2014 11:47 (UTC +04:00)
Aprelin 19-da Bakıda bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı keçirilib. Trend-in məlumatına görə, gənc gimnastlar Züleyxa İsmayılova, Jalə Piriyeva və Ruqiyyə Səttarova yarışlarda gözəl nəticələr göstəriblər.
Azərbaycan yığmasının gənc gimnastları "Barbarisso" uşaq studiyasına baş çəkiblər (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Aprelin 19-da Bakıda bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı keçirilib. Trend-in məlumatına görə, gənc gimnastlar Züleyxa İsmayılova, Jalə Piriyeva və Ruqiyyə Səttarova yarışlarda gözəl nəticələr göstəriblər. Yuniorlar arasında mütləq çoxnövçülükdə Züleyxa İsmayılova ən güclü olub, gümüş və bürünc medalları isə Jalə Piriyeva və Ruqiyyə Səttarova qazanıb.

Artıq iyunun 13-15-də idmançılarımız Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər.

Amma bədii gimnastikada yalnız idman hazırlığı deyil, həm də gimnastların effektiv zahiri görünüşü də əhəmiyyətlidir. Ona görə də gimnastlarımız Bakıdakı "Barbarisso" uşaq studiyasına baş çəkmək qərarına gəliblər. Və budur onların seçimi bununla izah olunur.

"Barbarisso" ixtisaslaşdırılmış uşaq salonu Azərbaycanda 2013-cü il sentyabrın əvvəlində açılıb. "Barbarisso" təkcə Azərbaycanda deyil, həm də bütün Cənubi Qafqazda ilk uşaq salonu olub.

"Barbarisso" gənc müştərilərinə gözəllik salonunun bütün xidmətlərini təqdim edir: saç kəsimi və yığılması, saç düzümü və saçların hörülməsi, akvaqrim və müvəqqəti tatu. Bundan başqa, studiyada kafe, böyük seçimdə bayram və karnaval kostyumlarının kirayəsi, həmçinin salonun gənc müştərilərinin "Playstation" oynaya biləcəkləri xüsusi yer var.

Gimnastlarımız Züleyxa İsmayılova, Jalə Piriyeva və Ruqiyyə Səttarova "Barbarisso"ya ilk dəfə gəlirlər. Salon öz parlaq tərtibatı və dizaynı ilə dərhal qızların xoşuna gəldi. Gimnastlar "Barbarisso"nun rəhbərliyinə belə gözəllik salonuna ilk dəfə baş çəkdiklərini etiraf etdilər.

Amma "Barbarisso" ilə tanışlıq yeni başlanırdı. Başlanğıc üçün salonun ustaları qızlardan etdirmək istədikləri saç düzümləri haqqında soruşdular və bütün detalları müzakirə edib işə başladılar.

Bir sözlə, salonda gənc müştərilərlə ümumi dil tapmaq bacarığı ilə fərqlənən, o cümlədən Türkiyədən gəlmiş təcrübəli ustalar işləyirlər.

Və ustalar saç düzümlərini edənə və saçları hörənə qədər gənc idmançılar onlara idmandakı uğurlarından, qarşıdakı toplanışlardan, Avropa çempionatına hazırlıqdan danışırdılar...

Qeyd etmək lazımdır ki, "Barbarisso" uşaq studiyası Bakıda bu ilin iyununda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının sponsorlarından biridir. Avropa çempionatında məhz "Barbarisso" studiyasının mütəxəssisləri Azərbaycan yığmasının gimnastlarının saç düzümləri və makiyajı, bir sözlə, zahiri görünüşü üzərində işləyəcəklər.

Saç düzümlərinin üzərində iş başa çatdıqdan sonra Züleyxa, Jalə və Ruqiyyəni feys-art üzrə usta gözləyirdi. Feys-art gözəl özünüifadə üsuludur. Usta gimnastlarımıza kostyumlarını geyinməyi xahiş etdi, bundan sonra akvaqrimin naxışlarını onların geyiminin rəng qamması və elementləri ilə uzlaşdırmaq mütləq lazımdır.

Peşəkar ustanın fırçasının bir neçə hərəkəti ilə qızların üzlərində gözəl naxışlar göründü.

Bundan sonra "Barbarisso" ilə tanışlıq davam etdi. Salonun əməkdaşları qızlara danışdılar ki, studiyada karnavallar üçün nağıl və multiplikasiya qəhrəmanlarının kostyumları olan ayrıca otaq var.

Ən geniş şirniyyat seçimi təklif edən kafe də gimnastların xoşuna gəldi. Qızlar nümayiş stendlərində qoyulan "HelloKitty" uşaq peşəkar kosmetikası nümunələrini layiqincə qiymətləndirdilər. Salonun əməkdaşları onlara danışdılar ki, "Barbarisso"da yalnız təbii kosmetikadan - saçlar üçün şampunlardan, kondisionerlərdən, laklar və musslardan istifadə olunur.

Elə qız yoxdur ki, kosmetikadan istifadəni arzu etməsin və salonun mütəxəssisləri gimnastlara belə imkanı verdilər. Həm də, xüsusi olaraq uşaqlar üçün yaradılmış kosmetikadan istifadə imkanını. Bununla yanaşı, ustalar gimnastlara həmişə zərif, səliqəli və dəbli olmaq üçün öz xarici görünüşünə düzgün qulluq etmək lazım gəldiyi barədə danışdılar.

Ziyarətin sonunda salonun rəhbərliyi gimnastlara zahiri görünüşə qulluq üçün daim lazım olan üzərində "Barbarisso"nun parlaq loqotipi olan kiçik əl çantalarını hədiyyə etdilər. Öz növbəsində, idmançılar səmimi qarşılanma üçün "Barbarisso"nun rəhbərliyinə və ustalarına təşəkkür etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti