...

"Synergy Baku" heyəti "Synergy Group" rəhbərliyinin qəbulunda olub (FOTO)

İdman Materials 13 May 2014 11:22 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Tour d’Azerbaidjan 2014” beynəlxalq veloyürüşü yekunlaşmışdır.
"Synergy Baku" heyəti "Synergy Group" rəhbərliyinin qəbulunda olub (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Tour d'Azerbaidjan 2014" beynəlxalq veloyürüşü yekunlaşmışdır. Mayın 7-dən 11-dək keçirilən yarışda ölkəmizi təmsil edən "Synergy Baku" komandası üzvləri yarışın baş sponsoru olan "Synergy Group" rəhbərliyi ilə görüşmüşdür.

Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group"da Müşahidə Şurasının sədri Riyad Hüseynov komanda üzvlərini qəbul edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləmişdir: "Tour d`Azerbaidjan" velosiped yürüşündə dünyanın ən güclüləri ilə eyni sırada mübarizə aparmaq asan deyil. Nəzərə alsaq ki, komandamız hələ cəmi 18 aydır ki, fəaliyyət göstərir, sizin hər biriniz üçün bu veloyürüş mühüm hadisə, dəyərli təcrübədir. Ölkəmizdə hər sahədə olduğu kimi bu idman növünə olan qayğı sayəsində də xeyli irəliləyiş var. Biz də öz növbəmizdə "Davamlı gələcəyə doğru" şüarımıza sadiq qalaraq, Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində Azərbaycanda bu sahənin daha da inkişafını dəstəkləyirik. Əsas məqsədimiz sizləri 2016-cı ildə Rio de Janeyroda Azərbaycanı layiqincə təmsil edən görməkdir. Bu səpkidə zəruri olan hər bir dəstəyi göstərməyə hazırıq".

Nəzərinizə çatdıraq ki, 2013-cü il komanda üçün debüt ili olsa da, "Synergy Baku" üzvləri ötən il iştirak etdikləri UCI təqviminə daxil edilmiş yarışlarda 15 dəfə podiuma çıxa və Azərbaycanı ləyaqətlə təmsil edə bilmişlər. "Tour d'Azerbaidjan 2014"də isə yekun nəticələrə əsasən "Synergy Baku" komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.

Həmçinin, komandanın tərkibində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları titulunu qazanmış irlandiyalı Metyu Bremiye, Konnor Makkonvey və azərbaycanlı Elçin Əsədov, Tural İsgəndərov kimi güclü velosipedçilər vardır. Komandaya rəhbərlik edən peşəkar menecer və məşqçilər onun dinamik inkişaf planını hazırlayıb həyata keçirməkdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti