...

"Rəvan" Premyer Liqanı tərk etdi

İdman Materials 17 May 2014 19:01 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub.
"Rəvan"  Premyer Liqanı tərk etdi

Azərbaycan, Bakı, 17 may /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub.

"Qəbələ" öz meydanında "Sumqayıt"la, "Neftçi" isə səfərdə "Simurq"la qarşılaşıb. "Neftçi" və "Qəbələ" müvafiq olaraq turnir cədvəlinin 3-cü və 4-cü pillələrində qərarlaşdığından bu oyunlar bürünc medalı qazanmaq baxımından hər iki komanda üçün əhəmiyyətli idi.

"Neftçi" səfərdə "Simurq"un müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq oyunda qapılara qol vurulmayıb - 0:0. Bundan maksimum istifadə edən "Qəbələ" klubu öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına sahib çıxıb.

Bu qarşılaşmalarla eyni saatda baş tutacaq AZAL - "İnter" matçı formal xarakterli olub. Artıq gümüş medalları özü üçün təmin edən Kaxaber Sxadadzenin komandası bu oyuna əsasən ikinci heyətlə çıxıb. Lakin qələbəyə həsrət qalan AZAL klubu "İnter"ə də məğlub olmaqla mövsümü 8-ci pillədə başa vurub.

Daha bir oyunda "Rəvan" "Bakı"nı qəbul edib. Meydan sahibləri elitanı tərk etməmək üçün mütləq qalib gəlməli və "Sumqayıt"ın "Qəbələ"yə məğlub olmağını gözləməli idi. Lakin paytaxt derbisi "Rəvan"ın məğlubiyyəti ilə başa çatıb - 2:3.

Xəbər lenti

Xəbər lenti