...

Berti Foqts Azərbaycan yığmasının ABŞ-la oyundakı səhvlərindən danışdı (FOTO)

İdman Materials 28 May 2014 11:14 (UTC +04:00)
Oyun ərzində 70 dəqiqə pis oynamadıq, qalan vaxt ərzində bəzi futbolçular yoruldu.
Berti Foqts Azərbaycan yığmasının ABŞ-la oyundakı səhvlərindən danışdı (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Oyun ərzində 70 dəqiqə pis oynamadıq, qalan vaxt ərzində bəzi futbolçular yoruldu. Bir neçə futbolçunu yeni mövqelərdə sınaya bildim və sevinirəm ki, bu cür imkan əldə etdim. Bu oyunda təkcə müdafiəçilərimizin səhv etməsi fikri ilə razı deyiləm. Yarımmüdafiə xəttində də səhvlər var idi.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu futbol üzrə Azərbaycan yığma komandasının allmaniyalı baş məşqçisi Berti Foqts ABŞ yığması ilə keçirilən yoldaşlıq oynundan sonra sonra keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə ABŞ yığması kimi güclü bir rəqibə qarşı oynamaq bəzi gənc oyunçularımız üçün yaxşı təcrübə olub: "Bu oyunun təşkilinə görə rəqibimizə təşəkkür edirəm. ABŞ yığmasının heyətində yüksək səviyyəli futbolçular var. Bizim gənc oyunçular üçün onlara qarşı mübarizə aparmaq yaxşı təcrübədir".

ABŞ millisinin almaniyalı baş məşqçisi Yurgen Klinsmann Azərbaycan millisi ilə görüşün asan keçmədiyini bildirib: "Azərbaycan millisi müdafiəyə meyilli oynadığı üçün işimiz o qədər də asan olmadı. Əvəzetmələr oyunumuza müsbət təsir göstərdi. Bu qarşılaşma komandamızın kifayət qədər səbirli olduğunu və çətinliklər zamanı təşvişə düşmədiyini göstərdi. Azərbaycan milli komandasına belə böyük məsafə qət edərək buraya gəldiyi üçün təşəkkür edirəm. Onlar da, biz də bu oyunun baş tutması üçün əlimizdən gələni etdik".

Bununla yanaşı o nəticədən razı qaldığını gizlətməyib: "Komandama və rəqibə yaxşı oyuna görə təşəkkür edirəm. Dünya çempionatına hazırlıq çərçivəsində bu, bizim ilk oyunumuz idi və nəticədən razıyam".

Qeyd edək ki, Azərbaycanın futbol üzrə yığma komandası bu gün Bakı vaxtı ilə Bakı vaxtı ilə 07:10-da (Amerika vaxtı ilə 19:10-da) ABŞ-ın San-Fransisko şəhərində bu ölkənin milli komandası ilə yoldaşlıq oynu keçirib. Oyun gələn ay Braziliyada dünya çempionatında iştirak edəcək ABŞ yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunu 150-200 Azərbaycan azarkeşi izləyib.

Xatırladaq ki, millimiz bu il ilk yoxlama oyununu Filippinə qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti