...

"Neftçi"də daha bir braziliyalı

İdman Materials 9 İyun 2014 17:28 (UTC +04:00)
“Neftçi” PFK braziliyalı futbolçu Kaue Sesilyo da Silvanı heyətinə qatıb.
"Neftçi"də daha bir braziliyalı

Azərbaycan, Bakı, 9 iyun /Trend/

"Neftçi" PFK braziliyalı futbolçu Kaue Sesilyo da Silvanı heyətinə qatıb.

Trend klubun saytına istinadən məlumat verir ki, Bakıda tam tibbi müayinədən uğurla keçmiş yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"Neftçi"də 5 nömrəli formanı geyinəcək futbolçu bu gün keçirilmiş məşqdə də iştirak edib.

Məşqdən sonra 25 yaşlı futbolçu komanda ilə bağlı təəssüratlarından danışıb: "Peşəkar futbolçu karyerama Braziliyada başlamışam və daha sonra Avropaya üz tutaraq Portuqaliya və Rumıniya çempionatlarında oynamışam. "Neftçi" məni hələ iki il əvvəl, Portuqaliya çempionatında çıxış edərkən transfer etmək istəyirdi. Özüm də "Neftçi"yə gəlmək fikrində idim. Lakin o zaman "Vasluy" klubu məxsus olduğum komandaya böyük məbləğ təklif etdiyi üçün Rumıniyaya yollanmağa məcbur oldum. Amma, görünür, "Neftçi" mənimlə "Vasluy"da oynayarkən də maraqlanıb və iki il sonra olsa da mən artıq buradayam. Tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2 illik müqavilə imzaladım. Hələ bura gəlməmişdən öncə "Neftçi"də oynayan braziliyalı həmvətənlərim - Karlos Kardoso və Bruno Bertuççi ilə sıx münasibətim vardı. Bu baxımdan komandaya qısa müddətdə uyğunlaşacağıma əminəm. Qarşıda bizi çətin mövsüm gözləyir. Komanda rəhbərliyi və məşqçilər heyəti ilə yanaşı, azarkeşlərimizə də söz verirəm ki, Avropa Liqası oyunlarında və Azərbaycan çempionatında uğurla çıxış etmək üçün əlimdən gələni edəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti