...

Azərbaycan gimnastları Bakıda keçirilən Avropa çempionatında komanda yarışlarında liderlik edirlər (ƏLAVƏ OLUNUB-2) (FOTO)

İdman Materials 13 İyun 2014 20:13 (UTC +04:00)
Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında qrup komandalarının çıxışının gedişində ikinci yerdədirlər.
Azərbaycan gimnastları Bakıda keçirilən Avropa çempionatında komanda yarışlarında liderlik edirlər (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:30-da yayılıb)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında qrup komandalarının çıxışının gedişində birinci yerdədirlər.

Trend-in məlumatına görə, 10 gürzlə birinci çıxışın yekunu üzrə Azərbaycan gimnastları 17.350 bal toplayıblar. İdmançılarımızın ikinci kompozisiyası hakimlər tərəfindən 16.500 balla qiymətləndirilib. Yekunda yığmamız 33.850 bal qazanıb. Lakin millimizin hakimlərin qiymətləndirməsinə etiraz etməsindən sonra komandamızın ümumi nəticəsi 34.050 bala yüksəldilib.

Hazırda ikinci sırada 33.082 balla Fransa, üçüncü yerdə isə 32.883 Ukrayna yığmalarıdır.

Heyətində Səbinə Abbasova, Aliyə Paşayeva, Aynurə Mustafayeva, Aleksandr Platonova, Diana Doman və Siyana Vasileva olan milli komandamız iki nömrədə - 10 gürzlə tapşırıqları yerinə yetirməklə, həmçinin 3 top və 2 lentlə kompozisiyalarla çıxış edərək mükafat uğrunda mübarizə aparır.

Xatırladaq ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçirilir. Gimnastlar top və halqa ilə çıxış edirlər. Bundan başqa, iyunun 13-də seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.

Bu gün çempionatın rəsmi açılışı olub.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti