...

Rusiyalı gimnast İrina Annenkova Avropa çempionatında qızıl medal qazanıb (FOTO)

İdman Materials 15 İyun 2014 13:12 (UTC +04:00)
Rusiyalı gimnast İrina Annenkova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorlar arasında topla tapşırıqda qızıl medal qazanıb.
Rusiyalı gimnast İrina Annenkova Avropa çempionatında qızıl medal qazanıb (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Rusiyalı gimnast İrina Annenkova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorlar arasında topla tapşırıqda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, rusiyalı idmançı hakimlərdən 16.300 bal toplayıb.

Gümüş medala isə hesabında 16.016 bal olan belaruslu Mariya Trubaç layiq görülüb.

Bolqarıstan təmsilçisi Boryana Kaleyn 15.950 balla üçüncü yerə çıxıb.

Azərbaycan gimnastı Jalə Piriyeva 15.250 balla yeddinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti