...

"Azərbaycanın rayonlarında da gimnastika inqilabi şəkildə inkişaf edir"

İdman Materials 15 İyun 2014 13:06 (UTC +04:00)
Azərbaycanın rayonlarında da gimnastika inqilabi şəkildə inkişaf edir. Bu barədə Trend-də Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatına tamaşa etmək üçün Kürdəmir rayonundan gələn gimnastika həvəskarı Esmira Hacıyeva deyib.
"Azərbaycanın rayonlarında da gimnastika inqilabi şəkildə inkişaf edir"

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın rayonlarında da gimnastika inqilabi şəkildə inkişaf edir. Bu barədə Trend-də Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatına tamaşa etmək üçün Kürdəmir rayonundan gələn gimnastika həvəskarı Esmira Hacıyeva deyib.

Qızının da bədii gimnastika ilə məşğul olduğunu deyən E.Hacıyeva bu idman növü ilə məşğul olmaq üçün rayonlarda da hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb: "Rayonlarda da bizim uşaqlarımız üçün hər cür şərait yaradılıb, uşaqlarımız sərbəst şəkildə, heç bir təmənnasız həmin imkanlardan yararlanırlar. Uşaqlarımızın inkişafı, sağlam ruhda tərbiyə olunması üçün yaratdığı bu cür şəraitə görə Mehriban xanım Əliyevaya çox böyük təşəkkürümüzü bildiririk".

Əvvəllər Qırgızıstanda yaşadığını və bir neçə Orta Asiya ölkəsində olduğunu deyən E.Hacıyeva həmin ölkələrin heç birində idmana Azərbaycanda olduğu qədər diqqət göstərilmədiyini deyib: "Heç bir ölkədə idman Azərbaycanda olduğu qədər inkişaf etmir. Sağ olsun cənab Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyeva ki, bizim üçün belə şərait yaradıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti