...

Millimizin Xorvatiya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib

İdman Materials 18 İyun 2014 15:50 (UTC +04:00)
Millinin oyunu "Qradski" stadionunda olacaq
Millimizin Xorvatiya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Trend AFFA-ya istinadən məlumat verir ki, bu il oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Osijek şəhərindəki "Qradski" stadionunda təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti