...

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

İdman Materials 23 İyun 2014 15:42 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan Premyer Liqasının 2013-2014-cü illər üzrə qalibi olan Ağdamın "Qarabağ" klubunun II təsnifat mərhələsindəki rəqibinin kimliyinə aydınlıq gəlib.

Bu, Maltanın "Valletta" komandası olub.

Aktivində 7,575 xal olan "Qarabağ" püşkatma zamanı səpələnmişlər səbətində yer alıb ki, bu da ilk dəfə ÇL-də iştirak edəcək Ağdam təmsilçisinin nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradıb.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

"Qarabağ"ın əvvəlcədən məlum olan altı potensial rəqibi sırasına aşağıdakı komandalar daxil idi:

"Düdelanj" (Lüksemburq)

"Stromsqodset" (Norveç)

"Sent Patriks" (İrlandiya)

"Valletta" (Malta)

"Jalgiris" (Litva)

"Rabotniçki" (Makedoniya)

Çempionlar Liqasında I və II təsnifat mərhələsinin bütün cütlükləri:

I təsnifat mərhələsi

"Santa Koloma" (Andorra) - "Banants" (Ermənistan)

"Linkoln" (Cəbəllütariq) - "Havnar Boldfelaq" (Farer adaları)

"La Fiorita" (San-Marino) - "Levadiya" (Estoniya)

II təsnifat mərhələsi

BATE (Belarus) - "Skenderbeu" (Albaniya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Santa Koloma" (Andorra) / "Banants" (Ermənistan)

"Dinamo" (Tiflis, Gürcüstan) - "Aktobe" (Qazaxıstan)

"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya)

"Şerif" (Moldova) - "Sutyeska" (Monteneqro)

"Sparta" (Çexiya) - "La Fiorita" (San-Marino) / "Levadiya" (Estoniya)

"Malmö" (İsveç) - "Ventspils" (Latviya)

"Slovan" (Slovakiya) - TNS (Uels)

"Seltik" (Şotlandiya) - "Reykravikur" (İslaniya)

"Kliftonvill" (Şimali İrlandiya) - "Debreçen" (Macarıstan)

"Srvena Zevezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) - "Havnar Boldfelaq" (Farer adaları)

"Legiya" (Polşa) - "Sent Patriks" (İrlandiya)

"Rabotniçki" (Makedoniya) - HİK (Finlandiya)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Jalgiris" (Litva)

"Ludoqorets" (Bolqarıstan) - "Dudelanj" (Lüksemburq)

"Stromsqodset" (Norveç) - "Styaua" (Rumıniya)

Qeyd edək ki, ÇL-nın II təsnifat mərhələsinin ilk oyunlarının 15-16 iyul, cavab qarşılaşmalarının isə 22-23 iyul tarixlərində keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti