...

Millimizin İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib

İdman Materials 23 İyun 2014 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu il oktyabrın 10-də keçiriləcək İtaliya - Azərbaycan oyunu Palermo şəhərindəki Comunale Renzo Barbera stadionunda təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti