Azərbaycan, Bakı, 26 iyun /Trend/
Bu gün DÇ-2014-ün qrup mərhələsinə yekun oyunlar keçirilir.
Trend-in məlumatına görə, keçiriləcək oyunlarda 1/8 finalın bütün iştirakçıları məlum olacaq.
G qrupunda Portuqaliya Qana ilə, Almaniya isə ABŞ-la qarşılaşıb.
Portuqaliya-Qana matçı 2:1 hesabı ilə portuqalların xeyrinə bitib. Almaniya-ABŞ qarşılaşması isə almanların 1:0 qələbəsi ilə yekunlaşıb.
Beləliklə, DÇ-2014-ün Almaniya və ABŞ 1/8 finala adlayıblar.