Azərbaycan, Bakı, 4 iyul /Trend/
Berti Foqts "Qarabağ"ın oyununu izləyəcək.
Trend AFFA-ya istinadən məlumat verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 15-də, Maltanın Ta Qali şəhərindəki "Ta Qali Milli Stadionu"nda keçiriləcək "Valletta" - "Qarabağ" qarşılaşmasını izləyəcək.