Azərbaycan, Bakı, 13 avqust /Trend/
Xızıda cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına yekun vurulub. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparıb.
Qeyd edək ki, ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü - Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edib.
2-ci yarış günü velosipedçilər qrup ötüşməsində yarışıblar və əsas mübarizə məhz ən təcrübəlilərin yarışdığı U-23 və Elit yaş qrupunda gedib. 82 km-lik marşrutun təxminən 50 kilometrindən sonra liderlər qrupu əsas pelotondan ayrılıb, finişə 16 km qalmış isə Maksim Averin vahid liderlik əldə edib və üstünlüyünü sonadək qorumaqla Azərbaycan çempionu adına layiq görülüb - 2 saat, 47 dəqiqə, 52 saniyə.
Elit/U-23 (82 km) |
||||
1 |
AVERİN |
Maksim |
BCP |
2:47:52 |
2 |
CƏBRAYILOV |
Samir |
BCP/NEFTÇİ |
2:52:17 |
3 |
İSMAYILOV |
Aqşin |
BCP/OEQİUGVM |
2:52:37 |
U-15 (40 km) |
||||
1 |
ORLOV |
İvan |
OEQİUGVM |
1:22:52 |
2 |
İSGƏNDƏROV |
Xankişi |
8OEQİUGM |
1:22:52 |
3 |
HƏSƏNOV |
Maqsud |
SƏRHƏDÇİ |
1:22:52 |
U-17 (68 km) |
||||
1 |
SƏFƏRLİ |
Mikayıl |
8OEQİUGM |
2:22:35 |
2 |
ORUCZADƏ |
Nicat |
8OEQİUGM |
2:22:35 |
3 |
ŞİRƏLİYEV |
Kərim |
LOKOMOTİV |
2:23:52 |
GƏNCLƏR (82 km) |
|||||
1 |
ƏLİZADƏ |
Elgün |
8OEQİUGM |
2:52:18 |
|
2 |
QƏHRƏMANLI |
Kənan |
8OEQİUGM |
2:52:30 |
|
3 |
QARAYEV |
Nicat |
8OEQİUGM |
2:58:07 |