...

Ronaldonun keçidi üçün "Mançester" minimum 140 milyon avro ödəməli olacaq

İdman Materials 26 Sentyabr 2014 14:50 (UTC +04:00)
Ronaldo "Mançester Yunayted"ə qayıtmaq qərarına gələrsə, İngiltərə klubu “Real Madrid”ə azı 140 milyon avro ödəməli olacaq.
Ronaldonun keçidi üçün "Mançester" minimum 140 milyon avro ödəməli olacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Ronaldo "Mançester Yunayted"ə qayıtmaq qərarına gələrsə, İngiltərə klubu "Real Madrid"ə azı 140 milyon avro ödəməli olacaq. Trend xəbər veriri ki, bu barədə "Qazeta.ru" Böyük Britaniyanın "The Guardian" nəşrinə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, "qaymaqlılar" belə pul üçün əlverişli sövdələşməyə qarşı deyillər.

Futbolçuya "Çelsi", "Mançester Siti" və PSJ də "elçi düşüb".

Əməkhaqqına gəldikdə, portuqaliyalı həftədə 400 min avro alacaq və beləliklə də, komandanın ən çox maaş alan oyunçusu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti