...

Ronaldo "Facebook" səhifəsi 100 milyondan çox abunəçi toplayan ilk idmançıdır

İdman Materials 15 Oktyabr 2014 15:42 (UTC +04:00)
Madridin "Real" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünyada "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsinin 100 milyondan artıq abunəçi topladığı ilk idmançı olub. Trend xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Ronaldo "Facebook" səhifəsi 100 milyondan çox abunəçi toplayan ilk idmançıdır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Madridin "Real" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünyada "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsinin 100 milyondan artıq abunəçi topladığı ilk idmançı olub. Trend xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

İdmançı videomüraciətində deyib: "Hamıya təşəkkür! Nəhayət ki, Facebook-da 100 milyon dostum var. Bu rəqəmə görə fəxr edirəm və şadam".

Portuqaliyalı bu sosial şəbəkədə öz populyarlığına görə Argentina yığmasının hücumçusu Lionel Messini (75 milyon) və ingilis forvard Ueyn Runini (25 milyon) xeyli qabaqlayıb.

Habelə 29 yaşlı futbolçu "Real" və "Barselona"nı da qabaqlayır. Belə ki, onlardan hər birinin müvafiq olaraq 75 milyon və 76 milyon abunəçisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti