...

Məcidov tanış rəqiblə üz-üzə

İdman Materials 6 Yanvar 2015 10:14 (UTC +04:00)
Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək. İlk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaqlar.
Məcidov tanış rəqiblə üz-üzə

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək. İlk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaqlar.

Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, ikiqat dünya, Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu dəfə Maqomed Omarovla üz-üzə gələcək. Rusiyali boksçu APB-də 2 döyüşdə qələbə qazansa da, birində uduzub.

Qeyd edək ki, bu, Məcidovla Omarovun artıq 3-cü qarşılaşması olacaq. Milli komandamızın üzvü rusiyalı rəqibini ilk dəfə London olimpiadasında məğlub edib. Məcidov 2013-cü ildə Almatıda keçirilən dünya çempionatının ¼ finalında da Rusiya təmsilçisindən üstün olmuşdu.

Superağır çəki dərəcəsində həlledici görüşdə almaniyalı Erik Pfayferlə mərakeşli Məhəmməd Arjaoui qarşılaşacaq.

Yanvarın 24-də çəkisi 69 kq olan boksçular rinqə çıxacaq. Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə litvalı Eimantas Stanionislə görüşəcək. APB-də 3 döyüş keçirən Stanionis 2 qələbə qazanıb. Bu çəki dərəcəsində həlledici qarşılaşmada türkiyəli Öndər Sipal Keniya idmançısı Rayton Okviri ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçumuzun hələ Rio olimpiadasına lisenziya qazanmaq şansı qalır. Finala vəsiqə qəldə edən boksçular qalib gələrək olimpiadaya vəsiqəni rəsmiləşdirməklə yanaşı, yayda APB-nin mütləq çempionluğu uğrunda döyüşə çıxacaqlar. Hesabında iki qalibiyyət olan boksçularımız isə 3-cü qələbələrini qazanaraq, yayda 2-ci lisenziya uğrunda mübarizə apara bilərlər. AİBA Pro Boxing turnirində hər çəkidə 2 idmançı Braziliya olimpiadasına lisenziyanın sahibi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti