...

Aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək

İdman Materials 22 Yanvar 2015 18:09 (UTC +04:00)
Fevralın 7-də Milli Gimnastika Arenasında ölkənin idman tarixində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək.
Aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Fevralın 7-də Milli Gimnastika Arenasında ölkənin idman tarixində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda 2004-2006 və 2001-2003-cü il təvəllüdlü gimnastlar, həmçinin milli komandanın üzvləri - senior gimnastlar iştirak edəcəklər.

Gimnastlar fərdi, qarışıq cütlükdə və qrup hərəkətləri ilə çıxışlar nümayiş etdirəcəklər.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi altında inkişaf etdirilən gimnastikanın bir növü olan aerobika 1995-ci ildən mövcuddur. Azərbaycanda isə bu idman növü ötən ildən etibarən inkişaf etdirilməyə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti