...

Ronaldonun qiyməti açıqlandı: 400 milyon avro

İdman Materials 3 Fevral 2015 14:55 (UTC +04:00)
Xorxe Mendes meneceri olduğu "Real"ın futbolçusu Kriştiano Ronaldonun təzminat qiymətini açıqlayıb.
Ronaldonun qiyməti açıqlandı: 400 milyon avro

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Xorxe Mendes meneceri olduğu "Real"ın futbolçusu Kriştiano Ronaldonun təzminat qiymətini açıqlayıb.

Trend-in məlumatına görə, o, BBC-yə müsahibəsində portuqaliyalı hücumçunun İngiltərə klublarından birinə mümkün transferi haqda sualı cavablandırıb. Bu zaman qeyd edib ki, Ronaldonu almaq istəyən klub 300 milyon funt-sterlinq (400 milyon avroya yaxın) ödəməlidir:

"Real" hansısa bir səbəbə görə Ronaldonu satmağı düşünərsə, onu almaq istəyən klub 300 milyon funt-sterlinqindən keçməlidir ".

Qeyd edək ki, X.Mendes Ronaldodan başqa, Joze Mourinyo, Luis Felipe Skolari, Radamel Falkao, Anxel di Mariya, Xames Rodriqes, David de Xea, Viktor Valdesin də meneceridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti