...

"Neftçi" fasilədən sonra özünə gələ bilmir

İdman Materials 6 Fevral 2015 18:17 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start verilib.
"Neftçi" fasilədən sonra özünə gələ bilmir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Neftçi" doğma meydanda "Simurq"u sınağa çəkib. Futbolçuların qol vurmaq cəhdlərinə baxmayaraq, matç başladığı kimi də sona çatıb - 0:0.

Bu, çempionatdakı fasilədən sonra "Neftçi"nin ardıcıl ikinci xal itkisidir. Flaqman 19-cu turda AZAL-a məğlub olmuşdu.

XX tur çərçivəsində artıq bir qarşılaşma başa çatıb. "Qəbələ" öz meydanında AZAL-a minimal hesabla məğlub olub - 0:1.

Qeyd edək ki, XX tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti