...

Ukraynanın tanınmış futbolçusu karyerasını başa vurdu

İdman Materials 9 Fevral 2015 14:40 (UTC +04:00)
Ukraynanın tanınmış futbolçusu Andrey Voronin karyerasını başa vurdu.
Ukraynanın tanınmış futbolçusu karyerasını başa vurdu

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

Ukraynanın tanınmış futbolçusu Andrey Voronin karyerasını başa vurdu.

Trend-in bazar ertəsi Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu 35 yaşlı hücumçunun agenti Andrey Qolovaş deyib.

Onun sözlərinə görə, A.Voronin bu qərarı boynundan aldığı zədəyə görə verib: "Hücumçu 2013-cü ilin payızında zədələnmişdi. Əməliyyat zamanı onun boyun bölməsinin diski götürülüb ki, bundan sonra demək olar oynamaq mümkün deyil".

Qeyd edək ki, sonuncu iş yeri Moskva "Dinamo"su olan forvard daha əvvəl Münhenqladbax "Borussiya"sı, "Köln", "Maynts-05", "Bayer", "Herta" və "Liverpul"da top qovub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti