...

Qadın güləşçilərimiz Avropa Oyunları öncəsi İsveç sınağında

İdman Materials 11 Fevral 2015 10:10 (UTC +04:00)
Fevralın 14-15-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.
Qadın güləşçilərimiz Avropa Oyunları öncəsi İsveç sınağında

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Fevralın 14-15-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Hacıyev ölkəmizi təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti