...

"Məni narahat edən..."

İdman Materials 20 Fevral 2015 22:50 (UTC +04:00)
“Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdır".
"Məni narahat edən..."

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdır".

Trend-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarən Azərbaycan millisinin baş məşqçisi Mirbağır İsayev Rusiyaya 2:4 hesabı ilə uduzduqları yoxlama matçında sonra deyib.

"Sevindici cəhət odur ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi" - deyə o bildirib.

M.İsayev millimizin müdafiəçilərinin primitiv səhvlərə yol verdiyini qeyd edib:

"Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama matçında uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti