...

AFFA FIFA-ya minnətçi düşdü

İdman Materials 5 Mart 2015 15:17 (UTC +04:00)
Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib.
AFFA FIFA-ya minnətçi düşdü

Azərbaycan, Bakı, 5 mart /Trend/

Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Ukrayna Futbol Federasiyasından bildirilib ki, P.Paşayev bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb.

AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti