...

"Barselona"dan darmadağın - "Real"ın hakimiyyətinə son!

İdman Materials 8 Mart 2015 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Bu gün İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Barselona" doğma meydanda "Rayo Valekano"nu qəbul edib.

Trend-in məlumatına görə, oyunun 5-ci dəqiqəsində Suarez darmadağının əsasını qoyub. Bununla belə, birinci hissə sönük keçib.

İkinci hissənin əvvəlində Pike fərqlənib - 2:0. 54-cü dəqiqədə qonaqların heyətində Tito ikinci sarı vərəqə alaraq "Kamp Nou"nu tərk edib. Bundan sonra "Messi şou" başlayıb. Belə ki, argentinalı hücumçu 12 dəqiqə ərzində het-trik edib.

80-ci dəqiqədə meydanı tərk etmək növbəsi Alveşə çatıb - birbaşa qırmızı vərəqə.

Qonaqların yalnız 80-ci dəqiqədə penaltidən fərqlənməyə gücü çatıb. Sonuncu dəqiqədə isə Suares dubla imza ataraq son nöqtəni qoyub - 6:1.

Beləliklə, "Barselona" əzəli rəqibi "Real"ı 1 xal qabaqlayaraq turnir cədvəlində liderliyə yüksəlib.

Xəbər lenti

Xəbər lenti