...

“Synergy Baku”nun velosipedçisi Fransa turunda qalib oldu (FOTO)

İdman Materials 27 Aprel 2015 10:47 (UTC +04:00)
Fransada keçirilən 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprel ayının 26-da keçirilən 172 km-lik 2-ci mərhələsi “Synergy Baku”nun velosipedçisi Matey Müqerlinin qələbəsi ilə başa çatıb.
“Synergy Baku”nun velosipedçisi Fransa turunda qalib oldu (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Fransada keçirilən 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprel ayının 26-da keçirilən 172 km-lik 2-ci mərhələsi "Synergy Baku"nun velosipedçisi Matey Müqerlinin qələbəsi ilə başa çatıb. Trend-in məlumatına görə, məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finiş xəttini birinci keçib. Digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

"Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm" - deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. "Synergy Baku"nun heyətində bu ilin əvvəlindən etibarən çıxış edən sloveniyalı idmançı Matey Müqerlinin mayın 6-10-da keçiriləcək "Tour d'Azerbaidjan-2015" veloyürüşündə də iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti