...

Avropa Liqası: İtalyanlar iflasa uğradı

İdman Materials 8 May 2015 02:05 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Avropa Liqası: İtalyanlar iflasa uğradı

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu "Napoli"nin qonağı olub.

Hesabı ikinci hissənin əvvəlində italyanlar açıb - Lopez fərqlənib. 81-ci dəqiqədə isə Seleznyov oyunda son nöqtəni qoyub - 1:1.

"Sevilya" isə "Fiorentina"nı qəbul edib. 17-ci dəqiqədə Aleks Vidal meydan sahiblərini önə keçirib. 52-ci dəqiqədə Vidal dubla imza atıb.

75-ci dəqiqədə Qameyro fərqi daha da artırıb - 3:0.

Qeyd edək ki, cavab oyunları mayın 14-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti