...

"Qarabağ" "qızıl dubl"a imza atdı (FOTO)

İdman Materials 3 İyun 2015 22:50 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.
"Qarabağ" "qızıl dubl"a imza atdı (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.

Trend-in məlumatına görə, Qəbələdə baş tutan həlledici qarşılaşmada Ağdam təmsilçisi hesabı açıb - 5-ci dəqiqədə Reynaldo fərqlənib. 39-cu dəqiqədə Reynaldo dubl edib.

78-ci dəqiqədə Ernest Nfor paytaxt təmsilçisini ruhlandırıb - 2:1. Lakin 84-cü dəqiqədə Muarem Muarem dəqiq zərbə ilə son nöqtəni qoyub - 3:1.

Beləliklə, Azərbaycan çempionu "Qarabağ" bu mövsümdə həm də Azərbaycan Kubokuna sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti