...

Voytsex Valkeviç: Respublika Velotreki Avropanın ən yaxşı idman obyektlərindəndir

İdman Materials 22 İyun 2015 18:03 (UTC +04:00)
"Azərbaycanda velosiped idmanının inkişafına hər cür şərait yaradılıb".
Voytsex Valkeviç: Respublika Velotreki Avropanın ən yaxşı idman obyektlərindəndir

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Azərbaycanda velosiped idmanının inkişafına hər cür şərait yaradılıb". Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bunu Avropa Velosipedçilər Birliyinin fəxri prezidenti Voytsex Valkeviç deyib.

Onun sözlərinə görə, Bakıdakı Respublika Velotreki Avropada idmanın bu növü üzrə ən yaxşı idman obyektidir: "Mən Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Yarışlar yüksək səviyyədə keçirilir. Təşkilatçılar peşəkarlıq və öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətli yanaşma nümayiş etdiriblər".

V.Valkeviç həmçinin bildirib ki, birinci dəfə Bakıda 1976-cı ildə olub: "Azərbaycanın paytaxtı çox dəyişib, şəhər xeyli gözəlləşib. Gördüklərim məni məftun etdi".

Azərbaycanda velosiped idmanının inkişafından söz açan V.Valkeviç qeyd edib ki, böyük yarışlarda qələbə qazanmaq üçün velosiped idmanını hələ 5-7 il müvəffəqiyyətlə inkişaf etdirmək lazımdır: "Ölkə rəhbərliyinin idmanın bu növünə bu cür diqqət göstərməsi sayəsində Azərbaycan idmançılarının qələbə qazanacaqları gün uzaqda deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti