...

MTB üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək

İdman Materials 1 İyul 2015 12:14 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyası dağ velosipedi (MTB) həvəskarlarını Açıq Ölkə Çempionatına dəvət edir.
MTB üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan Velosiped İdmanı Federasiyası dağ velosipedi (MTB) həvəskarlarını Açıq Ölkə Çempionatına dəvət edir.

Federasiyadan Trend-ə verilən məlumata görə, Dağ Velosipedi Parkında (Xocahəsən) təşkil olunacaq yarışda müxtəlif yaş qrupları üzrə peşəkar idmançılarla yanaşı, həvəskar velosipedçilər də iştirak edə bilər.

Yarış zamanı yeniyetmə və gənclər uzunluğu 2 km olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurmalıdırlar. Qeydiyyat prosesi iyulun 4-ü, səhər saat 08:00-da yarış yerində başlayacaq. Saat 09:00-da isə ölkə çempionatına start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti