...

Rauf Əliyev: Azərbaycanda idman jurnalistikası çox uğurla inkişaf edib

İdman Materials 2 İyul 2015 16:24 (UTC +04:00)
"Ölkəmizdə ümumi jurnalistika ilə bərabər, idman jurnalistikası da çox uğurla inkişaf edib". Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.
Rauf Əliyev: Azərbaycanda idman jurnalistikası çox uğurla inkişaf edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Ölkəmizdə ümumi jurnalistika ilə bərabər, idman jurnalistikası da çox uğurla inkişaf edib". Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

O, qeyd edib: "Hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin iyulun 2-də Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılıb Bayram kimi 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının təşəbbüsü ilə keçirilir".

Millət vəkili vurğulayıb ki, Bakıda keçrilən ilk Avropa Oyunlarının istər televiziya, istərsə də mətbuat səhifələrində operativ surətdə tamaşaçıların və oxucuların nəzərinə çatdırılmasında idman jurnalistlərinin böyük əməyi olub: "17 gün ərzində idmanın 20 növü üzrə keçrilən yarışların gedişi barədə tamaşaçılara peşəkar səviyyədə əksər hallarda canlı yayımlarla məlumat verildi. Bu əlamətdar gün münasibətilə idman jurnalistlərini təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti