...

Naxçıvan Kuboku uğrunda beynəlxalq güləş turniri keçiriləcək (VİDEO)

İdman Materials 13 İyul 2015 12:55 (UTC +04:00)
İyulun 22-23-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
Naxçıvan Kuboku uğrunda beynəlxalq güləş turniri keçiriləcək (VİDEO)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

İyulun 22-23-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, yarış komanda xarakterli olacaq. Turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Qazaxstan komandaları iştirakı planlaşdırılır.

Yarışın proqramına əsasən, iyulun 22-də qrup görüşləri, iyulun 23-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 22 iyul 2015-ci il, saat 10.00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti