...

UEFA "Neftçi"nin futbolçularını diskvalifikasiya etdi

İdman Materials 16 İyul 2015 16:25 (UTC +04:00)
UEFA "Neftçi"nin futbolçuları ilə bağlı qərarını verib.
UEFA "Neftçi"nin futbolçularını diskvalifikasiya etdi

Azərbaycan, Bakı, 16 iyul /Trend/

UEFA "Neftçi"nin futbolçuları ilə bağlı qərarını verib.

Trend klubun saytına istinadən məlumat verir ki, UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost" - "Neftçi" oyunu barədə qərar qəbul edib.

İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə "Neftçi"nin iki üzvü - Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb.

Hər iki futbolçumuz 3 oyunluq diskvalifikasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti