...

"Qəbələ" - "Qarabağ" oyununun vaxtı dəyişdirildi

İdman Materials 5 Avqust 2015 14:57 (UTC +04:00)
Premyer Liqanın 2015/2016 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib.
"Qəbələ" - "Qarabağ" oyununun vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Premyer Liqanın 2015/2016 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, PFL klublarımızın avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alaraq, 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.

Belə ki, "Neftçi" - "Kəpəz" oyunu 8 avqust tarixindən 9 avqust tarixinə keçirilib. "Rəvan" və "Sumqayıt" komandaları arasındakı oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8 avqustda deyil, 10 avqustda reallaşacaq. "Qəbələ" - "Qarabağ" matçı isə 9 avqustda deyil, 10 avqustda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti