...

"Panatinaikos"un baş məşqçisi: "Azərbaycan xalqına dostluq münasibətinə görə təşəkkürümüzü bildirik"

İdman Materials 21 Avqust 2015 00:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

"Hər iki komadanı təbrik edirəm. Qələbəyə yaxın idik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Oyunçularım bacardığını etdi. Artıq Afinada keçiriləcək oyunu düşünürük. "Qəbələ" klubuna və Azərbaycan xalqına dostluq münasibətinə görə təşəkkürümüzü bildirik. Biz də Yunanıstanda bu cür münasibəti göstərəcəyik".

Trend-in məlumatına görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasio Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə ilk qarşılaşmadan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Baş məşqçi deyib ki, son 10 gündə 4 vacib oyun keçiriblər: "Qəbələ" ilə matç da bizim üçün önəmli idi. Qələbə üçün əlimizdən gələni etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti