Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
İngiltərənin "Mançester Yunayted" futbol klubunun yarımmüdafiəçisi Adnan Yanuzay Dortmundun "Borussiya" komandasına transfer olunub. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
20 yaşlı futbolçu Almaniya komandasında mövsümün sonuna qədər müqavilə ilə çıxış edəcək.
Qeyd edək ki, keçən mövsümdə belgiyalı futbolçu "Qırmızı şeytanlar"ın heyətində 21 oyun keçirib, cari sezonda isə "Aston Villa"ya qarşı komandasına qələbə qazandıra bilib.