Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Azərbaycan və Moldova milli komandaları arasında noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və stadion müəyyənləşib.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda ilk futbol oyunu Azərbaycan və İtaliya (1:3) arasında keçirilmişdi.