...

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün "Qarabağ"ın yanında olun!

İdman Materials 5 Noyabr 2015 15:33 (UTC +04:00)
Axşam saat 20:00-da baş tutacaq bu möhtəşəm oyuna gəlməklə futbol tariximizdə açılacaq yeni səhifənin bir parçasına çevrilin!
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün "Qarabağ"ın yanında olun!

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Ötən il ölkəmizi xarici meydanlarda layiqincə təmsil edən və göstərdiyi uğurlu nəticələrlə bütün Avropada özündən söz etdirən "Qarabağ" Azərbaycan futbol tarixində növbəti yeni bir səhifə açmağa çox yaxındır.

Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu bütün dünyaya çatdıran klubumuz bu gün sona qədər döyüşərək Fransanın "Monako" klubundan üstün olmağa çalışacaq.

Bütün "Qarabağ" sevərləri Tofiq Bəhramov adına Respublika stadionuna 90 dəqiqə susmadan komanda ilə birgə döyüşməyə çağırırıq.

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün mübarizə aparan komandamızın "12-ci oyunçu"su olduğunuzu bir daha nümayiş etdirin!

Axşam saat 20:00-da baş tutacaq bu möhtəşəm oyuna gəlməklə futbol tariximizdə açılacaq yeni səhifənin bir parçasına çevrilin!

Xəbər lenti

Xəbər lenti