...

Azad Rəhimov: Rio olimpiadasına 29 lisenziya qazanılıb

İdman Materials 25 Dekabr 2015 12:30 (UTC +04:00)
2015-ci ildə Azərbaycanda 91 idman tədbiri keçirilib, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub.
Azad Rəhimov: Rio olimpiadasına 29 lisenziya qazanılıb

Bakı. Elçin Mehdiyev - Trend:

2015-ci ildə Azərbaycanda 91 idman tədbiri keçirilib, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il ərzində 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə Azərbaycanda qəbul edilib.

Hazırda Azərbaycanda 33 gənclər evi fəaliyyət göstərir və müxtəlif rayon və şəhərlərdə gənclər evinin tikintisi davam etdirilir.

Nazir əlavə edib ki, 2015-ci ildə Azərbaycanda 46 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionatları təşkil edilib.

A.Rəhimov bildirib ki, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına bu günədək idmançılarımız 7 idman növü üzrə 29 lisenziya qazanıblar. O, qeyd edib ki, bunlar boks (3), atletika (3) avarçəkmə (5), güləş (11), gimnastika (2), ağır atletika (4) və taekvondo (1) idman növləridir.

Birinci Avropa Oyunlarına toxunan nazir deyib ki, bu yarışma üçün 650 minə yaxın bilet satılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti