...

"Qarabağ"ın Antalya məşqi (FOTO)

İdman Materials 18 Yanvar 2016 17:36 (UTC +04:00)
"Qarabağ" yenidən məşqlərə başlayıb.
"Qarabağ"ın Antalya məşqi (FOTO)

Bakı. Trend:

"Qarabağ" yenidən məşqlərə başlayıb.

Trend klubun saytına istinadən məlumat verir ki, Antalyada təlim-məşq toplanşına davam edən komanda 1 günlük fasilədən sonra məşqləri yenidən bərpa edib. Komandanın baş məşqçisi Qurban Qurbanov dünən futbolçulara istirahət imkanı yaratmışdı.

Bu gün Ağdam təmsilçisinin planında 2 məşq vardı. "Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) yollanıb. Komandanın məşqi 90 dəqiqə davam edib. Səhər məşqi fiziki yüklənmələr üzərində baş tutub. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatıb.

Komandanın 2-ci məşqi yerli vaxtla saat 17:00-a təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti