Bakı. Trend:
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirəcək.
Trend-in məlumatına görə, millimiz Serbiyanın Belqrad şəhərindəki "Belqrad Arena"da Çexiya yığması ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 00:00-da başlayacaq qarşılaşma "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.