...

"Mercedes AMG" yeni bolidini sıfırdan hazırlayıb

İdman Materials 12 Fevral 2016 21:17 (UTC +04:00)
İtaliyanın "La Gazzetta Dello Sport" qəzeti xəbər verir ki, "Mercedes AMG" komandası builki bolidini təkmilləşdirmək üçün çox işləyib.
"Mercedes AMG" yeni bolidini sıfırdan hazırlayıb

Bakı. Trend:

İtaliyanın "La Gazzetta Dello Sport" qəzeti xəbər verir ki, "Mercedes AMG" komandası builki bolidini təkmilləşdirmək üçün çox işləyib.

Trend-in "F-1.az" saytına istinadən verdiyi məlumata görə, "Formula 1" ekspertləri 2016-cı ildə "Ferrari" ilə "Mercedes AMG" komandaları arasında gərgin mübarizə gözləyirlər. Lakin "La Gazzetta Dello Sport" bildirir ki, "Mercedes AMG" komandasının mühəndisləri qış fasiləsində çox işləyiblər.

Qeyd olunur ki, almanlar yeni asılqan, daha yüksək burun, incə arxa hissə və kiçik radiatorlar hazırlayıblar: "Mühərrik də daxil olmaqla bolid başdan-ayağa yenidən hazırlanıb. Boliddə olan bütün detallar sıfırdan yığılıb".

Qeyd edək ki, "Toro Rosso" komandasının rəhbəri Frans Tost bildirmişdi ki, "Mercedes AMG" bu il də çox güclü və əlçatmaz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti