...

“Dinamo” məğlub oldu, PSV “Atletiko” ilə sülhə razılaşdı (VİDEO)

İdman Materials 25 Fevral 2016 01:40 (UTC +04:00)
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib
“Dinamo” məğlub oldu, PSV “Atletiko” ilə sülhə razılaşdı (VİDEO)

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, "Dinamo" (Kiyev) doğma meydanda "Mançester Siti" lə qarşılaşıb. Oyuna qonaqlar fəal başlayıblar. Əvvəlcə 15-ci dəqiqədə Aquero fərqlənib. 40-cı dəqiqədə isə Silvanın zərbəsi dəqiq alınıb.

58-ci dəqiqədə Buyalski ingilislərin qapısına yol tapıb. Lakin sonuncu dəqiqədə Ture oyunda son nöqtəni qoyub - 1:3.

Digər matç isə Niderlandda baş tutub. Yerli PSV "Atletiko"nu (Madrid) qəbul edib.

68-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar - Pereyro ikinci sarı kart alaraq meydanı tərk edib. Oyunda qapılar toxunulmaz qalıb - 0:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti