...

Rövnəq Abdullayev növbəti dəfə AFFA prezidenti seçildi

İdman Materials 11 Mart 2016 12:16 (UTC +04:00)
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib.
Rövnəq Abdullayev növbəti dəfə AFFA prezidenti seçildi

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib. Trend-in məlumatına görə, səsvermə yolu ilə keçirilən seçkidə AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayev növbəti 4 il müddətinə qurumun prezidenti seçilib.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.

Konfrans nümayəndələri prezident seçkisindən sonra AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini də seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı, daha 10 üzv yer alıb.

Peşəkar Futbol Liqası - 4 yer

1. Rauf Əliyev - AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov - "Sumqayıt" FK tərəfindən

3. Elşad Nəsirov - "Neftçi" PFK tərəfindən

4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları - 2 yer

1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları - 2 yer

1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Məqalədə:
Xəbər lenti

Xəbər lenti